Banknotların reproduksiyası haqqında ümumi məlumat:
Kanadada banknotların reproduksiyası məsələləri Cinayət məcəlləsi və Müəllif hüquqları haqqında qanunla tənzimlənir. Həm Cinayət məcəlləsi həm də Müəllif hüquqları haqqında qanunu Kanada Bankına lazım olan hallarda banknotların reproduksiyasına icazə vermək hüququnu verir.
Bank dərk edir ki, milli valyuta kanadalılar üçün çox vacib bir simvoldur və sakinlər adətən reklam, təhsil prosesi, jurnalistika və numizmatika kimi xüsusi məqsədlər üçün banknotların şəkillərini istifadə etmək istəyə bilərlər. Kanada Bankının qaydalarına əsasən banknotların reproduksiyasını çıxarmaq niyyətində olan şəxslər əvvəl Bankdan yazılı şəkildə icazə almalıdır.
Əgər reproduksiya edilmiş banknot şəkillərinin əsl kağız pula oxşadığına görə sakinlər tərəfdən əsl pul kimi qəbul edilmə və saxta pul kəsənlərlə sui-istifadə edilmə təhlükəsi yoxdursa və reproduksiyaların istifadə olunması kanadalıların milli valyutaya olduğu hissiyatlarını təhqir etmirsə Bank banknot reproduksiyaların çıxarılmasına öz razılığını verə bilər.
Kinofilm və ya videofilm çəkilişləri üçün banknot reproduksiyalarının çıxarılmasına adətən Kanada Bankının icazısi lazım deyl, yalnız o şərtlə ki, reproduksiyalar ümumi təsvir yaradmaq üçün istifadə olunur və saxta pul kəsilməsi ilə nəticələnməyəcək.
|